20 
Okt
2014
14:10
13
16
2501
Virtual karabakh

Bu da 25 kilo çəki atan aparıcının yeni görkəmi - FOTOSESSİYA

20 Okt, 2014
14:10
2501

Bu da 25 kilo çəki atan aparıcının yeni görkəmi - FOTOSESSİYA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Klipdə mənim tərəf müqabilim məşhur bir simadır”.

Bəstəkar-aparıcı Murad Arif yaradıcılıq işlərindən danışıb.

Oxu.Az-a açıqlama verən M.Arif bildirib ki, özünü müğənni kimi də sınayacaq:

“İfaçılıqda çox ciddiyəm. Artıq yarım ildir ki, vokal dərsləri alıram. İlk ifa etdiyim “Həyat yoldaşımsan” adlı mahnım çıxandan sonra inanılmaz maraq və dəstəklə qarşılandım. Bütün bunlar, əlbəttə ki, adama həvəs, “qol-qanad” verir. Yaradıcılıq işlərim bununla bitmir. Artıq iki yeni mahnım aranjemandadır. Yaxın günlərdə bütün medianı ifaçı kimi ilk klipimin təqdimatına dəvət edəcəyəm. Çox rəngarəng, zərif və zövqlü bir klip alınıb. Tamaşaçılarla paylaşmağa tələsirəm. Klipdə mənim tərəf müqabilim məşhur bir simadır. O kimdir? Bu, sirr qalsın. Yaxın günlərdə təqdimat zamanı məlum olacaq”.

M.Arif daha sonra yeni fotosessiyasından söz açıb:

“Açığını deyim, bir neçə il öncə çəkilmiş şəkillərmi elə də sevmirəm. Çünki o şəkillərdə çox kilolu görünürəm. İndi xeyli, təxminən 25 kilodan artıq çəki atmışam. Bəzən xəbər portalları haqqımda yazılan xəbərlərdə köhnə, kilolu şəkillərimdən istifadə edir. Buna görə də yeni fotosessiya etdirmək qərarına gəldim. Düşünürəm ki, yeni şəkillərim fərqli alınıb. Fotoları və klipimi Fərhad Əli çəkib. Fərhad Əlinin müğənni Miri Yusiflə birgə olan işbirliyini çox bəyəndim. Güman edirəm ki, ilk klipimdə yanılmamışam”.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri