27 
Okt
2014
18:35
27
21
3134
Virtual karabakh

Xoşqədəm Hidayətqızı Doğuşla birgə “Qarabağ”ı dəstəkləyəcək

27 Okt, 2014
18:35
3134

Xoşqədəm Hidayətqızı Doğuşla birgə “Qarabağ”ı dəstəkləyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əslində, biz “Zalsburq”la ev oyununu izləməyi planlaşdırırdıq”.

Azərbaycan teleməkanının ən reytinqli verilişlərindən olan və ATV telekanalında yayımlanan məşhur “Səni axtarıram” layihəsinin müəllifi və aparıcısı Xoşqədəm Hidayətqızı futbol üzrə Azərbaycan çempionu “Qarabağ” komandasına azarkeşlik etdiyini və klubun uğurlarına sevindiyini bildirib

Oxu.Az Sportpress.az-a istinadən xəbər verir ki, Xoşqədəm Hidayətqızı bunları bildirib: 

“Qarabağ” hər bir qələbəsiylə Azərbaycanı sevindirir. Bu klubun ilk illərindən komandanın yanında olmuşam və ona görə neçə inkişaf yolu keçdiyini gözəl bilirəm. Bu gün “Qarabağ”ın uğurları bütün dünyaya məlumdur. 

Ölkəmiz komandamızın nəticələriylə fəxr edir. Mən istərdim “Qarabağ”ın belə yüksək səviyyəyə çatmasında əməyi olan klubun rəhbərliyinə təşəkkürümü bildirim. Onlar çətin vaxtlarda da komandanın yanında olmaqla onlara həm maddi, həm də mənəvi cəhətdən dəstək oldular. “Qarabağ”ı dünyaya tanıtdıqları üçün onlara minnətdaram. Klubun şərəfini qoruyan futbolçular və orada çalışan məşqçilərə növbəti oyunlarda uğurlar arzulayıram. “Qarabağ”la fəxr edirəm. İnanıram ki, qələbələrimiz çox olacaq”.

Məşhur aparıcı həyat yoldaşı türk müğənnisi Doğuşla birlikdə noyabrın 6-da Avroliqanın qrup mərhələsində Bakıda keçiriləcək “Qarabağ” – “Dnepr” matçında Azərbaycan çempionuna dəstək olmağa çalışacağını bildirib: “İşlə əlaqədar səfərdə olmasa, mütləq “Qarabağ”ın oyununda iştirak edəcəyik. Doğuş da mənimlə birgə olacaq. Əslində, biz “Zalsburq”la ev oyununu izləməyi planlaşdırırdıq. Sadəcə, səfərə çıxmalı olduğumuzdan alınmadı. Bu dəfə Bakıda olsaq, stadionda komandamıza dəstək olacağıq”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri