31 
Okt
2014
15:43
25
45
4808
Virtual karabakh

Azərbaycanlı tanınmış modeldən “Hallowen” - FOTOSESSİYASI

31 Okt, 2014
15:43
4808

Azərbaycanlı tanınmış modeldən “Hallowen” - FOTOSESSİYASI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Festivalda atəşlər yandırılır, ruhları təqlid edə bilmək üçün maskalar və kostyumlar geyinilir.

Bu gün - 31 Oktyabr xristian aləmində “Hallowen” (“Cadugərlər bayramı”) qeyd olunur. “Hallowen”-in simvolu gülən balqabaqdır. Balqabağın içərisi boşaldılaraq gülən üz şəklində oyulduqdan sonra içində bir şam yandırılaraq şeytanı bir sifət göstərilməyə çalışılır. Uşaqlar qorxunc geyimlər geyinərək qapı-qapı gəzir və şəkər toplayırlar.

Bu bayramı bütün xristianlar qeyd etmirlər. Belə ki, katoliklər ümumiyyətlə, “Cadugərlər bayramı”nı qeyd etmirlər və bunun səhv olduğunu düşünürlər.

“Hallowen” festivalında atəşlər yandırılır, ruhları təqlid edə bilmək üçün maskalar və kostyumlar geyinilir. Bayram müasir Böyük Britaniya və İrlandiya ərazisində yaşayan şotland xalqı keltlərin adətləri əsasında hazırlanıb. Başlıca olaraq ABŞ, Böyük Britaniya, İrlandiya, Rusiya, Asiya qitəsində yerləşən Sinqapur, Cənubi Koreya, Yaponiya, Avstraliya, Yeni Zelandiya kimi ölkələrdə təntənəli şəkildə keçirilir.

Bu münasibətlə Oxu.Az cazibədar model Ramina Abbasova ilə “Hallowen” fotosessiyası hazırlayıb.

Həmin fotosessiyanı təqdim edirik:

Aytən Sadıqzadə
Fotoqraf: Ruslan Teymurfulatov
Make up: Stilist Sabir

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri