Fev
2015
15:40
22
53
8817
Virtual karabakh

Maral Tahirqızının işini aparan müstəntiqə töhmət verildi - FOTO

5 Fev, 2015
15:40
8817

Maral Tahirqızının işini aparan müstəntiqə töhmət verildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Müstəntiq heyf çıxmaq istəyib”.

Müğənni Maral Tahirqızı barəsində qətimkan tədbiri seçilməsi haqda yayılan xəbərlərə Facebook sosial şəbəkəsi vasitəsilə aydınlıq gətirib.

Oxu.Az xəbər verir ki, ifaçı işi aparan müstəntiqə töhmət verildiyini qeyd edib:

“Son günlərdə sosial şəbəkələrdə haqqımda gəzən şayiələrə, söz-söhbətlərə münasibət bildirirəm. Esmiranı bir il əvvəl bir dəfə gözəllik salonunda görmüşəm və onu üz-qaş alan kimi tanıyıram. Esmiranın tanımadığım rəfiqəsini tanımadığım Ədalət adında bir dostuna düzəltməsindən xəbərim yoxdur. Mən buna görə dindirilmişəm, məsələdən xəbərsiz olmadığımı da ifadəmdə bildirmişəm.

Müstəntiq Esmiradan soruşanda ki, “Niyə belə ifadə verib?”, Esmira bildirdi ki, “Ədalət belə deməsini istəyib”. Bu məqamda müstəntiq ona mənim arxama gedərək nəsə işarə etdi. Sonra Esmira sözünü dəyişərək müstəntiq Azadın onun qapı qonşusu olduğunu dedi. Mən əvvəldən bilirdim ki, bu iş qurmadır. Bu işlə əlaqədar müstəntiq Azada töhmət verilib. Müstəntiq isə informasiya agentliyinə zəng edərək qeyri-obyektiv xəbər verərək heyf çıxmaq istəyib”.

Xatırladaq ki, müğənni Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsi ilə ittiham olunur.

Aytən Sadıqzadə

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri