30 
May
2015
13:59
96
19
5394
Virtual karabakh

Başından güllələnən müğənni gözlərini açdı

30 May, 2015
13:59
5394

Başından güllələnən müğənni gözlərini açdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Çox xoşbəxtəm, sanki 60 yaşımda yenidən doğulmuşam”.

Diyarbəkirdə məruz qaldığı silahlı hücum nəticəsində ağır yaralanan və Qazi Yaşargil Təhsil Araşdırma Xəstəxanası Beyin Cərrahiyyə Reanimasiya Şöbəsində müalicəsi davam edən 19 yaşlı müğənni Mutlu Kaya ötən gün oyanıb.

Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 13 gündür xəstəxanada müalicə alan və 22 maydan etibarən dərmanları kəsilərək oyandırma müddəti başladılan Mutlu Kaya bacısı Songül Kayanın danışıqlarına gözlərini açıb-bağlayaraq reaksiya verib və arada ağlayıb.

Kayanın atası Mehmet Kaya Xəbəri mənə qardaşım oğlu verdi. Qızım gözlərini açaraq danışıqlara reaksiya verib. Daha sonra ağlayıb. Çox xoşbəxtəm, sanki 60 yaşımda yenidən doğulmuşam deyib.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri