Dek
2015
14:43
145
316
2656
Virtual karabakh

Azərbaycanın bütün məscidlərində ölən neftçilər üçün dualar oxunacaq

7 Dek, 2015
14:43
2656

Azərbaycanın bütün məscidlərində ölən neftçilər üçün dualar oxunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Allah Vətənimizi hifz etsin!”.

Bu günlərdə Azərbaycandakı bütün məscidlərdə “Günəşli” neft yatağında baş vermiş hadisə nəticəsində həyatını itirən neftçilərin xatirəsi yad olunacaq, onlar üçün Quran oxunacaq, dualar ediləcək.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bununla bağlı göstəriş verib.

Allahşükür Paşazadə ARDNŞ-nin Xəzər dənizində baş verən faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı verib, ölənlərə rəhmət, xəsarət alanlara şəfa diləyib.

QMİ sədri bütün Azərbaycan xalqına və fədakar neftçilərin ailə üzvlərinə Allah-Təaladan səbir və məğfirət, yaralılara şəfa, xilasedicilərin işinə Uca Yaradanımızdan rəvac diləyir: “Allah Vətənimizi hifz etsin!”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri