Dek
2016
14:30
12
551
3687
Virtual karabakh

Milli Məclisdə deputatlara mənzil verilməsi məsələsi qaldırılıb

8 Dek, 2016
14:30
3687

Milli Məclisdə deputatlara mənzil verilməsi məsələsi qaldırılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Vaxtilə deputatlar və digər kateqoriyadan olan insanlar üçün mənzillər tikilirdi. Deputatlar üçün tikilməsi nəzərdə tutulan evlərə ayrılan pullar hara gedib?”.

Oxu.AzReport”a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəxtiyar Əliyev parlamentin bu gün keçirilən iclasında “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O xatırladıb ki, baş nazir Artur Rasi-zadənin 2006-cı ildə verdiyi sərəncamına əsasən, yüksək məbləğdə dövlət vəsaiti hesabına deputatlar üçün binaların tikilməsi nəzərdə tutulub: 

“Üstündən 10 il keçib və dövlət büdcəsindən milyonlarla vəsait o şirkətlərə ayrılıb. Amma 10 il keçməsinə baxmayaraq, bu istiqamətdə iş görülməyib. Ona görə də mən baş nazirə burada müraciət edirəm ki, araşdırmaların aparılmasına göstəriş versin. Nədənsə, bu məsələ bu günə qədər öz həllini hələ də tapa bilmir”.

Milli Məclisin sədri Oqtay Əsədov isə B.Əliyevə belə cavab verib: “Bəxtiyar müəllim, siz 2002-ci ildə deputat üçün tikilən mənzillərdən danışırsınız? Orada növbədə olan deputatların 80 faizi ya pullarını, ya da mənzillərini alıblar. İndi də binanı başa çatdırırlar. Bina başa çatan kimi mənzil almayanlar da alacaqlar”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri