13 
Mar
2017
15:14
230
83
3595
Virtual karabakh

Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru ola bilər

13 Mar, 2017
15:14
3595

Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru ola bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyi verilib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın təşkilat yanında daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov bildirib.

Namizədlik rəsmi şəkildə baxılması üçün Azərbaycan tərəfindən təşkilatın İcrayyə Komitəsinə təqdim edilib. 

Seçkilər bu ilin payızında keçiriləcək.

Qeyd edək ki, YUNESKO-nun hazırkı baş direktoru İrina Bokovanın səlahiyyət müddəti bu il başa çatır.

O, 2009-cu ildən bu vəzifəni icra edir, 2013-cü ildə ikinci dəfə baş direktor seçilib.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri