May
2017
18:35
56
135
3016
Virtual karabakh

Qusman Polad Bülbüloğlunun YUNESKO-da namizədliyindən danışdı

5 May, 2017
18:35
3016

Qusman Polad Bülbüloğlunun YUNESKO-da namizədliyindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əminəm ki, Polad Bülbüloğlunun YUNESKO-nun baş direktoru postuna seçilməsi üçün şansı çoxdur”. 

Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, bu barədə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman bəyan edib. 

“Polad Bülbüloğlu – layiqli namizəddir. Baxmayaraq ki, orada rəqabət güclüdür və Çin, Fransa ilə yanaşı, ərəb ölkələrindən Misir ilə Livanın da nümayəndələri var”, - o deyib. 

Onun sözlərinə görə, P.Bülbüloğlu – dünya səviyyəli mədəniyyət xadimidir. 

“Onu dünyada mədəni irsin qorunması üçün çox şey etmiş mədəniyyət xadimi kimi tanıyırlar”, - o deyib. 

Qusman bildirib ki, Polad Bülbüloğlunun rəqibləri qarşısında mühüm üstünlükləri var. 

“O, mədəniyyət xadimidir. Bundan başqa, onun dövlət strukturlarında iş təcrübəsi də var. Rəqiblərinin heç birində bu uyğunluq yoxdur. Azərbaycanın öz namizədini təqdim etməsi, burada dünya siyasət səhnəsində ölkəsini yüksək vəzifələrdə təmsil etməyə qadir olan görkəmli insanların olması deməkdir”, - o deyib və qeyd edib ki, qərar payızda İcra Komitəsi tərəfindən qəbul ediləcək. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri