Son günlər sosial şəbəkələrdə yol polisinin radar quraşdırılmış mülki avtomobillərdə xidmət aparması ilə bağlı bir neçə video yayılıb.
Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, videolardan aşkar görünür ki, avtomobildəki şəxslər polis formasında olsalar da, radar quraşdırılmış avtomobillərin üzərində Dövlət Yol Polisinə aid heç bir nişan yoxdur.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, həmin görüntülərin Qanun pozuntusu kimi təqdim olunması yanlışdır:
“Gizli, qarışıq və aşkar xidmət normativləri var. Yəni həmin görüntülərdəki şəxslər öz işlərini görürlər. Burda heç bir Qanun pozuntusundan söhbət gedə bilməz”.
Qeyd edək ki, yol polisi ilə bağlı bu cür görüntülərin yayılması ilk dəfə deyil.