10 
İyl
2017
11:05
31
698
15818
Virtual karabakh

Bakıda şəhid bulağı söküldü – RƏSMİ AÇIQLAMA + FOTO + YENİLƏNİB

10 İyl, 2017
11:05
15818

Bakıda şəhid bulağı söküldü – RƏSMİ AÇIQLAMA + FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yasamalda “Şəhid bulağı” sökülüb. Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Allahverdiyev Məhəmməd Şurulla oğlunun xatirəsinə ucaldılan bulaq-kompleksin yerində “Qarabağ” adlı kababxana-pivəxana açılıb. Obyektdə, eyni zamanda, mal əti satışı da həyata keçirilir. 

Yasamal rayon icra başçısının səlahiyyətlərini müvəqqəti olaraq yerinə yetirən birinci müavini Səməd İslamov Oxu.Az-a açıqlamasında məsələ ilə bağlı göstərişlər verdiyini bildirdi:

“Şəhid bulağının sökülməsindən internetdə məlumat aldıq. Bu, bizi də narahat etdi. Artıq bu məsələnin araşdırılmasına başlamışıq. Nə baş verdiyini dəqiqləşdirdikdən sonra sizi məlumatlandıracağıq”.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi” qaydalarının 3.1.4.bəndində bildirilir ki, Vətən uğrunda göstərilən qəhrəmanlıqla bağlı döyüş yerlərinin, habelə dəfn yerlərinin qorunması və abadlaşdırılması, qəbirüstü daşların, xatirə abidələrinin qorunması dövlət tərəfindən təşkil edilir.

Zülfiyyə Qurbanova

www.oxu.az

9 iyul (19:04)

Bu gün Yasamal rayonunda şəhid bulağının sökülməsi ilə bağlı redaksiyamıza daxil olmuş məlumatı dəqiqləşdirmək üçün sözügedən əraziyə yollandıq.

Oxu.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata əsasən, bulaq, həqiqətən, sökülüb.

Səbəbini öyrənmək üçün cəhd etsək də, heç bir nəticə əldə edə bilmədik. Müxbirimiz obyekt əməkdaşları tərəfindən təzyiqə və təhqirə məruz qaldı. Özünü Hacı kimi təqdim edən obyekt əməkdaşı bulağın sökülməsi və yerində obyektin tikintisi üçün heç kimdən icazə almadıqlarını, tikinti işlərini özbaşına həyata keçirdiklərini bildirdi.

Məsələ ilə bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət edilib.

Hadisəni gündəmdə saxlayacağıq.

18:00

Yasamalda “Şəhid bulağı” sökülərək, yerində kababxana-pivəxana açılıb. 

Oxu.Az-a daxil olan məlumata əsasən, sözügedən ərazi Yasamalda - Talıblı və Şərifzadə küçələrinin kəsişməsində yerləşir.

Məlumatda qeyd edilir ki, həmin ərazidə Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Allahverdiyev Məhəmməd Şurulla oğlunun xatirəsinə bulaq kompleksi ucaldılmışdı. Bir müddət əvvəl ərazinin bir hissəsi zəbt edilərək, “Qarabağ” adlı kababxana açılıb, eyni zamanda, mal əti satışı ilə məşğul olmağa başlanılıb.

May ayının sonlarında şəhidin adına olan bulaq bir gecə içərisində sökülüb, yerinə masalar düzülərək ərazi kababxananın tərkibinə qatılıb. 

“Ərazidə yaşayan qonşuların dəfələrlə irad bildirməsinə baxmayaraq, sahibkar və orada çalışanlar insanları hədələyir, onlarla  aqressiv davranırlar”, - şikayətçilərdən biri redaksiyamıza yazdığı məktubunda qeyd edir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri