21 
İyl
2017
11:17
474
86
17204
Virtual karabakh

Hacıbala Abutalıbovun müavini öldü – FOTO + YENİLƏNİB

Dünən Qusar rayonunda vəfat edən Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahovun qəfil ölümü ilə bağlı bəzi məqamlar aydınlaşıb. 

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, 80 yaşlı Rauf Pənahov ailə üzvləri ilə birgə Şahdağ istirahət mərkəzində olarkən halı qəfil pisləşib. Belə ki, o, hoteldə olarkən özünü pis hiss edib. 

Bu zaman Rauf Pənahovun yanında ixtisasca həkim olan qızı olub və o, atasına kömək etməyə çalışıb. Daha sonra hotelin tibbi personalı ilkin yardım göstərib və Rauf Pənahov xəstəxanaya aparılıb. Lakin artıq gec olub.

20.07.2017 16:48

Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahov vəfat edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, R. Pənahov istirahətdə olduğu Qusar rayonunda ürək tutmasından ölüb.

Qeyd edək ki, Pənahov Rauf Əli oğlu 1937-ci ildə Bakıda anadan olub. 2001-ci ildən Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini idi.

A.M.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri