22 
Avq
2017
14:59
132
90
10172
Virtual karabakh

Bakıda bahalı mağazaların yerləşdiyi binada güclü yanğın - VİDEO + YENİLƏNİB

22 Avq, 2017
14:59
10172

Bakıda bahalı mağazaların yerləşdiyi binada güclü yanğın - VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının mərkəzində mağazada baş verən yanğın söndürülüb. 

Oxu.Az xəbər verir ki, APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bunu Dövlət Yanğından mühafizə Xidmətinin əməliyyatçısı, polkovnik-leytenant Ramazan Ramazanov deyib. 

Onun sözlərinə görə, yanğın 30-35 kv/m ərazini əhatə edib. Mağazada, əsasən, divar kağızları yanıb. Yanğın nəticəsində geyim əşyalarına ziyan dəyməyib və xəsarət alan yoxdur. 

İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olub.

14:14

Bakıda bahalı geyimlərin satıldığı mağazaların yerləşdiyi binada yanğın başlayıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, yanğın hadisəsi Neftçilər prospekti ilə Yusif Məmmədəliyev küçəsində fəaliyyət göstərən “Dolce & Gabbana” mağazasında qeydə alınıb.

Daha sonra isə “GUCCİ” mağasına keçib. Mağazalarda satılan geyimlər küçəyə çıxarılıb. 

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının qarşısını almaq üçün tədbirlər görülür. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri