29 
Okt
2018
09:19
34
157
19131
Virtual karabakh

Azərbaycanlı özünü 42-ci mərtəbədən atdı, sağ qaldı - VİDEO

29 Okt, 2018
09:19
19131

Azərbaycanlı özünü 42-ci mərtəbədən atdı, sağ qaldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Konya bölgəsində 23 yaşlı Tehran adlı azərbaycanlı özünü 42 mərtəbəli binanın sonuncu mərtəbəsində yerləşən restorandan atıb. 

Oxu.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, hadisə zamanı Tehran yaxınlıqdakı ticarət mərkəzinin damına düşüb. 

İnsident nəticəsində gənc oğlan ağır xəsarətlər alıb. Xilasedicilər onu damdan düşürmək üçün ticarət mərkəzinin tavanını sındırmalı olublar. Bundan sonra, azərbaycanlı oradan düşürülüb və Meram Tibb Fakültəsinin Təcili Yardım Xəstəxanasına aparılıb. 

Hadisənin səbəbləri məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.

Samir İsayev

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri