Yan
2019
23:00
21
251
15417
Virtual karabakh

Bakıda binada yanğın: onlarla insan təxliyə olundu

8 Yan, 2019
23:00
15417

Bakıda binada yanğın: onlarla insan təxliyə olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Oxu.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda baş verib.

Binanın şaxtasından keçən elektrik naqilləri 27 p.m və pilləkən qəfəsində quraşdırılmış 50 ədəd elektrik sayğacı yanıb. Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən mənzillərdən 33 nəfər, o cümlədən 8 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri