Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Nazirlik: Cütlüklərin ailədaxili münasibətləri yoxlanılacaq
Uşaqlara ailələr axtarılan zaman ailədaxili münasibətlərə diqqət ediləcək.
Oxu.Az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Sabir Qocayev “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, valideyn himayəsindən məhrum uşaqları övladlığa götürmək istəyən şəxslərin yaş faktoru nəzərə alınacaq:
“Yaş məsələsində bir çox Avropa ölkələrinin, eləcə də, Türkiyənin təcrübəsi əsasında ciddi araşdırmalar aparılır. Müraciət edən şəxslərin yaş hədləri yoxlanılır. Demək olar ki, minimum və maksimum yaş həddi müəyyənləşdirilərək, limitlənəcək. Lakin bu övladlığa götürmə üçün müraciət edən evli və tək şəxslər üçün fərqlidir. Bu istiqamətdə işlər davam edir.
Biz beynəlxalq təcrübə üzərindən çalışsaq da, bugünkü Azərbaycan reallıqlarını da nəzərə almalıyıq. Tək ana və atanın maddi imkanları deyil, onların sosial durumu, ailədaxili münasibətləri də nəzərə alınacaq. Bununla yanaşı, həmin ailədə yaşayan digər şəxslərin də xəstəlikləri, əvvəllər məhkum olub-olunmadıqlarına dair bütün məlumatlar yoxlandıqdan sonra yekun qərar veriləcək”.
Könül Cəfərli
"Azərbaycan" teqi üzrə xəbərlər
- İki nəhəngin çəkişməsi, 47-ci prezident və Bakının manevrləri - Yeni dünya nizamı necə olacaq?
- İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişir? - "Tehranın yanaşması ifşa olunmalıdır"
- Azərbaycanın etirazına İrandan reaksiyalar
- İranda molla rejimi dəyişə bilər: "Bu cür sistemlərin ömrü uzağı 70 il olur"
- Suriyadan Cənubi Qafqazadək təsir dairəsi: "Manipulyator ölkələrdə sistem dəyişikliyi olacaq"
Rəylər