Dövlət qulluğunda kadr siyasətinin inkişafı istiqamətində rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi üzrə təlim modulları və proqramlar hazırlanacaq.
Oxu.Az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.
Təlim proqramları “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya” üzrə hazırlanacaq.
Strategiyada Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Dövlət İmtahan Mərkəzi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi normativ hüquqi aktların hazırlanması üzrə icraçı orqanlar kimi müəyyən olunub.
Xatırladaq ki, Strategiya Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilib.
Rəylər