12 
Fev
2019
15:50
186
56
13591
Virtual karabakh

Söyün Sadıqov həbs olunub - YENİLƏNİB

12 Fev, 2019
15:50
13591

Söyün Sadıqov həbs olunub - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Federasiyasının Rostov şəhərində azərbaycanlıların keçmiş tanınmış diaspor rəhbəri Söyün Sadıqovun həbsi ilə bağlı yeni məlumatlar yayılıb. 

“Baza”nın yaydığı məlumata görə, 59 yaşlı S.Sadıqov biznesmenlərdən birindən zor tətbiq etməklə 100 milyon rubl (2,5 milyon manat - red.) və bir hektar torpağı ələ keçirməkdə ittiham edilir. 

Sadıqovla bağlı “mütəşəkkil qrupla əlbir olaraq külli miqdarda dələduzluq” maddəsi ilə cinayət işi başlanıb. Əməli sübuta yetirilərsə, onu 10 ilədək həbs cəzası gözləyir. İstintaq hesab edir ki, o, əlbir olduğu şəxslərlə birlikdə güc tətbiq etməklə “Nebuq” şirkətindən torpaq və külli miqdarda pul tələb edib. 

Şirkətin rəhbəri, biznesmen Modiros Oksanov polisə müraciət edib, sonra isə hüquq-mühafizə orqanlarının iştirakı ilə Sadıqova 5 milyon rubl (130 min manat - red.) verib. Bundan sonra o, həbs edilib. 

Bundan əvvəl Sadıqov tikinti biznesi ilə məşğul olub, eləcə də, dövlət orqanlarında, o cümlədən, Rusiya prezidenti yanında beynəlxalq münasibətlər şurasında çalışıb. O, geosiyasi araşdırmalarla məşğul olan Strateji İnkişaf Mərkəzinin rəhbəri olub. 

15:11

Rusiya Federasiyasının Rostov şəhərində azərbaycanlıların keçmiş tanınmış diaspor rəhbəri Söyün Sadıqov yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bu barədə “Report” məlumat yayıb.

S.Sadıqov “reket” fəaliyyəti ittihamı ilə həbs olunub. Onu güc yolu ilə 100 milyon rubl tələb etməkdə günahlandırırlar.

Keçmiş diaspora rəhbəri şəhərdəki kafelərinin birində hadisə zamanı saxlanılıb.

Qeyd edək ki, Söyün Sadıqov uzun illər Azərbaycan Mədəni Muxtariyyətinin sədri vəzifəsində çalışıb. 2012-2018-ci illər Rusiya prezidentinin Vladimir Putinin etibarlı nümayəndəsi olub. Onun adı uzun müddət mətbuatda müxtəlif siyasi və ictimai qalmaqallarda hallandırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri