30 
Mar
2019
11:52
49
118
7737
Virtual karabakh

Bakıda bahalı oğurluq

30 Mar, 2019
11:52
7737

Bakıda bahalı oğurluq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda evdən oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş M.Ə.Rəsulzadə küçəsində kirayədə yaşadığı mənzildən 2500 manat, 500 avro və 12000 manat dəyərində qızıl-zinət əşyaları, habelə içərisində sənədlər və 400 avro olan kiçik həcmli seyfin oğurlandığını bildirib.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Bu cinayət əməlini törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən edilib.

Baş Cinayət Axtarışı İdarəsi və 9-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Quba rayon sakinləri, əvvəllər məhkum olunmuş C.Abdullayev və L.Şıxəliyeva saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri