“Pul ödənilmədiyinə görə meyitin ailəsinə verilməməsi iddiası əsassızdır”.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “Bona Dea” Beynəlxalq Hospitalının baş həkimi Cabir Gülmalıyev 22 yaşlı pasiyent Təbəssüm Məmmədovanın meyitinin ailəsinə təhvil verilməməsi ilə bağlı məsələ ətrafında keçirilən mətbuat konfransında məlumat verib.
O bildirib ki, heç bir həkim xəstə yaxınlarına “Pulunuz yoxdursa, sizə xidmət göstərmirik” deyə bilməz və deməyib:
“Xəstəxanamız haqqında irəli sürülən bu iddia əsassızdır. Ailəsinə hər dəfə xəstəxanaya olan borcları barədə məlumat verilib. Xəstə 17 gün reanimasiyada saxlanılıb və zəruri olan bütün tibbi xidmətlər göstərilib.
Əgər bizim problemimiz pul olsaydı, xəstəni stabil vəziyyətə salıb, dövlət xəstəxanasına köçürmələrini istəyərdik. Amma ailəsi də təsdiq edər ki, bu günlərdə xəstəyə əlimizdən gələn köməyi etmişik”.
Könül Cəfərli
Rəylər