Sen
2014
16:20
35
15
2484
Virtual karabakh

Beynəlxalq axtarışda olan azərbaycanlı cərrah işdən çıxarıldı

8 Sen, 2014
16:20
2484

Beynəlxalq axtarışda olan azərbaycanlı cərrah işdən çıxarıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məmmədov sentyabr ayının 5-nə qədə işinə davam edib.

Dələduzluqda və insan ölümündə günahlandırılaraq Rusiyada İnterpol tərəfindən axtarışa verilən Elçin Məmmədov barədə yeni xəbər var. 

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, 2007-2012-ci illərdə Moskvada işləyən daha sonra isə Bakıya üz tutan Elçin doktor Azərbaycanda işdən çıxarılıb.

Bu barədə “Caspian international hospital”dan məlumat verilib. 

Onlar bildiriblər ki, 2014-cü il iyun ayının sonlarından etibarən xəstəxanada işləməyə başlayan Elçin Məmmədov sentyabr ayının 5-nə qədər orada işinə davam edib. 

Xatırladaq ki, Rusiyanın “Komsomolskaya pravda” qəzeti orada “Estet klinika” və “Lanset” klinikasında çalışdığı zaman plastik cərrahiyyə aləmində “rəssam” kimi tanınan doktorun bir neçə qadını bədbəxt etdiyini, birini isə öldürdüyünü yazır. Cərrahın Moskva sakini Anna Spitsına üzərində uğursuz əməliyyat keçirdiyi və xanımın bu günə qədər komada olduğu iddia edilir. “KP” həmçinin bildirir ki, 2012-ci ildən sonra Elçin Məmmədov həbs olunacağını bildikdən sonra Rusiyadan qaçaraq Azərbaycana gəlib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri