Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Müharibə əlillərinə və şəhidlərə 9 100-dən çox mənzil və fərdi ev, 7 200-dən çox avtomobil verilib
“Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq əsas sosial hədəflər möhtəşəm zəfərimizlə başa çatan Vətən müharibəsi şəhidlərinin ailələrinin, qazilərimizin sosial dəstəklə, yaralanmış hərbçilərin tibbi-sosial reabilitasiya xidmətləri, müasir protezlərlə təmin olunmasıdır”.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ötən il sosial sahədə görülən işlərə və 2021-ci ilin sosial hədəflərinə dair keçirilən mətbuat konfransında bildirib.
Nazir müavini qeyd edib ki, post-müharibə dövründə artıq 11 mindən çox şəhid ailəsi üzvü, qazi, müharibədən zərər çəkən şəxs bu dəstəklə əhatə olunub:
“O cümlədən 2 650 şəhidin 6 500 ailə üzvünə sosial ödənişlərin təyin edilib, eləcə də qeyd edilən kateqoriyalardan olan şəxslər aktiv məşğuluq proqramlarına cəlb olunub, onlara sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri göstərilib”.
O, son bir ildə daha 1 500 şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olan şəxsin mənzil və fərdi evlə, 400 müharibə əlilinin avtomobillə təmin edildiyini deyib: “İndiyədək bu kateqoriyalardan olanlara 9 100-dən çox mənzil və fərdi ev, 7 200-dən çox avtomobil verilib”.
İlhamə Əbülfət
Rəylər