Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Müharibə əlillərinə və şəhidlərə 9 100-dən çox mənzil və fərdi ev, 7 200-dən çox avtomobil verilib
“Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq əsas sosial hədəflər möhtəşəm zəfərimizlə başa çatan Vətən müharibəsi şəhidlərinin ailələrinin, qazilərimizin sosial dəstəklə, yaralanmış hərbçilərin tibbi-sosial reabilitasiya xidmətləri, müasir protezlərlə təmin olunmasıdır”.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ötən il sosial sahədə görülən işlərə və 2021-ci ilin sosial hədəflərinə dair keçirilən mətbuat konfransında bildirib.
Nazir müavini qeyd edib ki, post-müharibə dövründə artıq 11 mindən çox şəhid ailəsi üzvü, qazi, müharibədən zərər çəkən şəxs bu dəstəklə əhatə olunub:
“O cümlədən 2 650 şəhidin 6 500 ailə üzvünə sosial ödənişlərin təyin edilib, eləcə də qeyd edilən kateqoriyalardan olan şəxslər aktiv məşğuluq proqramlarına cəlb olunub, onlara sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri göstərilib”.
O, son bir ildə daha 1 500 şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olan şəxsin mənzil və fərdi evlə, 400 müharibə əlilinin avtomobillə təmin edildiyini deyib: “İndiyədək bu kateqoriyalardan olanlara 9 100-dən çox mənzil və fərdi ev, 7 200-dən çox avtomobil verilib”.
İlhamə Əbülfət
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycanda 2025-ci il "Konstitusiya və Suverenlik İli" elan edilib - SƏRƏNCAM
- Efiopiya prezidenti İlham Əliyevə başsağlığı verdi
- İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək nəqliyyat vasitələri ilə tanış olub
- Prezident İlham Əliyevə başsağlığı məktubları gəlməkdə davam edir
- "Azərbaycan Sənaye Korporasiyası" ləğv edilir - SƏRƏNCAM
Rəylər