Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Deputat: “Vətəndaş da, sahibkar da pis vəziyyətdədir”
Milli Məclisin iclasında deputat Fazil Mustafa Azərbaycanda sosial vəziyyətin acınacaqlı olduğunu deyib.
Oxu.Az-ın məlumatına gərə, F.Mustafa Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatının müzakirəsi zamanı Azərbaycanda ötənilki nikah və boşanma statistikasına diqqət çəkib.
“Belə ki ötən il 35 min nikah bağlanıb. Nikahlardan 14600-ü isə boşanma ilə nəticələnib. Bu da sosial vəziyyətin ağırlığının göstəricisidir”, - deyə F.Mustafa bildirib.
Deputat pandemiya ilə əlaqədar pilot layihələrin iflasa uğradığını da vurğulayıb:
“Əksər yerlərdə vətəndaş da, sahibkar da pis vəziyyətdədir”, - deyə o əlavə edib.
Aqşin Kərimov
Rəylər