25 
Okt
2014
16:29
10
114
1805
Virtual karabakh

DİN: Piyadanı vuran polis olmayıb

25 Okt, 2014
16:29
1805

DİN: Piyadanı vuran polis olmayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əsədov paytaxt kafelərindən birinin işçisi olub.

Oktyabrın 24-də Bakıda piyadanın ölümü ilə nəticələnən qəzanı törədən şəxs polis əməkdaşı olmayıb. 

Oxu.Az xəbər verir ki, bunu ANS PRESS-ə açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə deyib. 

DİN mətbuat xidmətinin məlumatına görə, qəza Nərimanov rayonunun A.Nemətulla küçəsində baş verib. 

Bakı şəhər sakini Rahim Əsədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub. O.Mansurzadənin sözlərinə görə, R.Əsədov paytaxt kafelərindən birinin işçisi olub. 

Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölən şəxsin Saatlı rayon sakini Şirvan Səmədov olması müəyyən edilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri