19 
Dek
2014
18:43
18
32
1850
Virtual karabakh

“National Geographic Azərbaycan” “Həyəcan təbili”ndə - FOTO

19 Dek, 2014
18:43
1850

“National Geographic Azərbaycan” “Həyəcan təbili”ndə - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qaliblər mükafatlandırıldı.

“National Geographic Azərbaycan” jurnalı bu gün Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi, Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi ilə birgə akademik Həsən Əliyevin xatirəsinə həsr olunmuş “Həyəcan təbili” devizi altında keçirilmiş məktəblilərin Respublika baxış-müsabiqəsinin mükafatlandırma mərasimi və sərgisində iştirak edib.  

Oxu.Az-ın məlumatına görə, Avropa Birliyinin dəstəyi ilə həyata keçirilmiş “Cənubi Qafqaz ölkələrində meşə ekosistemlərinin transformasiya yolu ilə iqlim dəyişmələrinə qarşı dözümlülüyünün artırılması” layihəsinin əsas məqsədi dahi alim, akademik Həsən Əliyevin təbiəti mühafizə ideyalarının məktəblilər arasında təbliği, şagirdlərin ekoloji biliklərinin artırılması, ətraf mühitin qorunması istiqamətində yaradıcılıq potensialının inkişaf etdirilməsidir.

2014-cü ilin noyabr-dekabr aylarında respublikanın orta ümumtəhsil müəssisələrinin V-XI sinif şagirdləri, ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin dərnək üzvləri arasında keçirilən ekoloji plakat müsabiqəsinə 150-dən artıq yaradıcılıq işi təqdim olunub. Məktəblilərin yaradıcılıq əsərləri regionun və ölkənin müxtəlif ekoloji problemlərinə həsr olunub.

Qaliblərə Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi, “National Geographic Azərbaycan” və Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən diplomlar və qiymətli hədiyyələr təqdim olunub. Ekoloji maarifləndirmə məqsədilə məktəblilərin seçilmiş ən yaxşı yaradıcılıq işlərindən ibarət kataloq nəşr etdiriləcək.

www.oxu.az   

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri