17 
Yan
2015
14:24
47
104
6159
Virtual karabakh

Təhsil naziri müəllimlərin maaşının artırılmasından danışdı

17 Yan, 2015
14:24
6159

Təhsil naziri müəllimlərin maaşının artırılmasından danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Prezidentin son sərəncamı müəllim peşəsinə diqqətin ən bariz nümunəsidir”.

Təhsil sisteminin gücü bu sistemdə çalışan müəllimlərin gücündən asılıdır. 

Oxu.Az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov bu gün keçirilən mətbuat konfransında deyib.

M.Cabbarov prezident İlham Əliyevin dərs yükü normasının 1,5 dəfə, əməkhaqqının 2 dəfə artırılması barədə imzaladığı sərəncamı müəllim peşəsinə diqqətin ən bariz nümunəsi adlandırıb.

Təhsil naziri deyib ki, kənd məktəblərində vakansiyalarının sayında azalma müşahidə olunub: “Azərbaycanın ucqar kəndlərində çalışan müəllimlərin əmək haqlarında və əlavə ödənişlərində irəliləyişlər var”.

Nazir həmçinin qeyd edib ki, sınaq qiymətləndirilməsinin keçirilməsi müəllimlər tərəfindən təəccüblə qarşılanmışdı:

"Bu proses müəllimlərə öz zəif və güclü tərəflərini üzə çıxarmağa kömək edir. Bu sistem təhsil keyfiyyətinin təmin olunması üçün əvəzolunmaz alətdir. Biz yüksək uğur göstərmiş müəllimlərə daha çox dərs yükünün verilməsi siyasətinə başladıq. Yüksək nəticə göstərən müəllimlə zəif nəticə göstərmiş müəllimin əmək haqlarında fərq olmalıdır. Yüksək və zəif nəticə göstərən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi işi məktəb direktorları tərəfindən həyata keçiriləcək”.

M.Cabbarovonuda bildirib ki, dərs həftələrinin sayını və müəllimlərin dərs yükünü artırmaqla müəllimin əməkhaqqında artıma nail olmaq olar: “Azərbaycanda müəllimlərin 64 faizi il ərzində 408 saatdan az dərs deyir. Bu isə o deməkdir ki, onların həftəlik dərs yükü 17 akademik saatdan azdır”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri