23 
May
2015
14:17
348
129
73718
Virtual karabakh

Hacı İbrahim Nehrəmli milyonluq avtomobillərini satışa çıxardı – FOTOLAR

23 May, 2015
14:17
73718

Hacı İbrahim Nehrəmli milyonluq avtomobillərini satışa çıxardı – FOTOLAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bahalı “Rolls Royce”, “Bentley” və “Range Rover”lər.

Son günlər başı üzərində “qara buludlar dolaşan” tanınmış iş adamı İbrahim Nehrəmlinin Beynəlxalq Bankdan götürdüyü milyonlarla manatı qısa müddətdə geri qaytarmaq öhdəliyi barədə məlumatlar yayılıb. 

Oxu.Az xəbər verir ki, Avtosfer.az-ın məlumatına görə, İbrahim nehrəmli bu məqsədlə rəhbəri olduğu “Avesta” şirkəti ilə yanaşı, bir çox əmlakını da satışa qoyub. 

Dünən oliqarxın özünün idarə etdiyi “Bentley” markalı avtomobilin Bakıdakı “Bentley” servisdə satışa qoyulduğunu görənlər olub. 

Əldə etdiyimiz məlumata görə, Hacı İbrahimin qarajında müxtəlif modeldən olan təxminən 10 lüks avtomobil var ki, onların hamısı satışa çıxarılıb. 

Həmin avtomobillər arasında son model “Rolls Royce-Phantom” (1 milyon dollar), “Range Rover” (180 min), “Nissan Patrool” və digər model maşınlar da mövcuddur.

Qeyd edək ki, “Bentley” markalı avtomobilin dəyəri 250 mindən bahadır. Hacı İbrahimin idarə etdiyi “Bentley” sifarişlə gətirildiyi üçün bir qədər baha qiymətə başa gəlib – təxminən 300 min dollara.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri