19 
Mar
2024
16:44
45
138
2093
Virtual karabakh

Azərbaycana gətirilən maşınların sayı azalıb, qiymət isə artıb

19 Mar, 2024
16:44
2093

Azərbaycana gətirilən maşınların sayı azalıb, qiymət isə artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycana 2024-cü ilin ilk iki ayında 13 299 avtomobil gətirilib.

Modern.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bunların 12 023 ədədi minik maşını, qalanı yük avtomobili, avtobus və xüsusi təyinatlı nəqliyyat vasitələri olub.

Yanvar-fevral aylarında Azərbaycana gətirilən minik maşınlarının ümumi dəyəri 218 min manat olub. Beləliklə, ölkəmizə gətirilən minik maşınlarının bir ədədinin orta qiyməti 18 min manat olub. 

Ötən ilin ilk iki ayı ilə müqayisədə Azərbaycana gətirilən minik maşınlarının sayı azalsa da, qiymətlər artıb. Belə ki, 2023-cü ilin yanvar-fevral aylarında ölkəmizə 12 951 ədəd minik maşını gətirilib, bir maşının orta qiyməti 13 500 manat olub. Güman edilir ki, maşınların orta qiymətinin artması istehsal müddəti 10 ildən çox olan avtomobillərin Azərbaycana gətirilməsinə qadağa qoyulması ilə əlaqədardır.

Hibrid və elektrik mühərrikli avtomobillərin idxalında da ciddi artım qeydə alınıb. Keçən ilin ilk iki ayında Azərbaycana 1 815 hibrid, 222 elektrik mühərrikli avtomobil gətirilibsə, 2024-cü ilin eyni dövründə bu rəqəmlər müvafiq olaraq 2 571 və 541 olub. 

Ölkəmizə gətirilən hibrid maşınlarının birinin orta qiyməti 2023-cü ildə 20,8 min manat olubsa, bu il 32 min manat olub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri