29 
Mar
2024
21:00
208
11
7505
Virtual karabakh

Ramazan ayının iyirminci gününün imsak, iftar və namaz vaxtları - FOTO

29 Mar, 2024
21:00
7505

Ramazan ayının iyirminci gününün imsak, iftar və namaz vaxtları - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah Ramazan ayının iyirminci günüdür. 

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 30-da imsak vaxtı saat 05:00-da, iftar vaxtı isə 19:18-dədir.

Martın 30-u üçün namaz vaxtları: 

Sübh azanı 05:05
Zöhr azanı 12:45
Əsr azanı 17:13
Məğrib azanı 19:18
İşa azanı 20:20

İyirminci günün imsak vaxtı üçün duanı təqdim edirik: 

Allahumməftəh li fihi əbvabəl-cinan. Və əğliq ənni fihi əbvabən-niyran. Və vəffiqni fihi litilavətil-Quran. Ya munziləs-səkinəti fi qulubil-mu’minin. 

Tərcüməsi: 

İlahi, bu gün mənim üzümə cənnət qapılarını açıb, cəhənnəm qapılarını bağla! Bu gün məni Quran oxumaqda müvəffəq et! Ey möminlərin qəlbinə rahatlıq bəxş edən Allah. 

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi: 

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul eləsin!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri