28 
Mar
2024
10:17
13
102
2927
Virtual karabakh

Bakı Olimpiya Stadionunun qarşısında baş verən qəza ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEO

28 Mar, 2024
10:17
2927

Bakı Olimpiya Stadionunun qarşısında baş verən qəza ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Paytaxtın Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun qarşısında baş verən yol-nəqliyyat hadisəsi zamanı ölüm faktı qeydə alınmayıb”.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

O, qeyd edib ki, hadisə nəticəsində xəsarət alan var. Əraziyə aidiyyəti üzrə Sabunçu rayon polis idarəsinin əməkdaşları cəlb olunublar. Baş vermiş hadisə ilə bağlı araşdırmalar aparılır. Nəqliyyat vasitəsi ərazidən evakuasiya edilib, yol nəqliyyat vasitələrinin intensiv hərəkəti üçün tam açıqdır.

09:44

Paytaxtın Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.

Əzizə İsmayılova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri