29 
Mar
2024
23:28
11
194
3171
Virtual karabakh

Salyanda baş verən dəhşətli qəzada xəsarət alanların adları AÇIQLANDI - YENİLƏNİB + FOTO

29 Mar, 2024
23:28
3171

Salyanda baş verən dəhşətli qəzada xəsarət alanların adları AÇIQLANDI - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların şəxsiyyətləri məlum olub.

“Report”un məlumatına görə, qəza nəticəsində Salyan rayon sakinləri, 1987-ci il təvəllüdlü Elnur Xaləddin oğlu Qafarov, 1981-ci il təvəllüdlü Samid Xəlil oğlu Səmədov, 1983-cü il təvəllüdlü Davud Əliheydər oğlu Eldarov, 1983-cü il təvəllüdlü Cəmil Əlipənah oğlu Həsənov, 1977-ci il təvəllüdlü Adıgözəl Ataxan oğlu Gözəlov, 1966-cı il təvəllüdlü Cavad Cahangir oğlu İbrahimov, 1977-ci il təvllüdlü Şəfayət Əlipənah oğlu Həsənov, 1996-cı il təvəllüdlü İbrahim Telman oğlu Rəhmanov, 1999-cu il təvəllüdlü Cənnətalı Ülfət oğlu Əliyev, 1983-cü il təvəllüdlü Zamiq Əlixan oğlu Əliyev, 2003-cü il təvəllüdlü İsmayıl Nəriman oğlu İsmayılov 1992-ci il təvəllüdlü İntiqam Musa oğlu Cəbiyev və daha üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

22:04

Ələt-Astara avtomobil yolunda mikroavtobuslar toqquşub.

APA-nın məlumatına görə, hadisə Ələt-Astara avtomobil yolunun 56-cı kilometrliyində Salyan rayonu ərazisində baş verib.

Mikroavtobuslardan birində şirkətlərdən birinə məxsus işçilər olublar.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri