12 
Apr
2024
15:06
29
421
3749
Virtual karabakh

Xətaidə şəhidlərin abidəsinin qarşısına zibil tökən sürücü barədə DİN-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO

12 Apr, 2024
15:06
3749

Xətaidə şəhidlərin abidəsinin qarşısına zibil tökən sürücü barədə DİN-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xətai rayonu, Orxan İsmayılov küçəsində şəhidlərin abidəsinin qarşısına tullantıların atılmasını əks etdirən videogörüntülərin xüsusatları araşdırılmaqla qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb”.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.  

Onun sözlərinə görə, araşdırmalarla tullantıların həmin yerə ötən gün saat 4 radələrində “Shacman” markalı yük avtomobilinin sürücüsü Elnur Babayev tərəfindən boşaldılması müəyyən edilib.

“O, ilkin izahatında həmin vaxt avtomobilin yük hissəsinin qapağı nasaz olduğundan yük yerində qalan qum qırıntılarının yolun əsas hissəsinə tökülməsinin qarşını almaq üçün qırıntıları yolun kənarına boşaltdığını, qaranlıq olduğu üçün yaxınlıqda şəhidlərin xatirəsini əks etdirən fotoşəkilləri görmədiyini qeyd edib.

Əməlindən peşman olduğunu və gələcəkdə bu cür hallara yol verməyəciyini bildirən sürücüyə törətdiyi əməlin məsuliyyəti izah olunmaqla barəsində inzibati tənbeh tədbiri tətbiq edilib”, - deyə DİN rəsmisi əlavə edib.

00:53

Aprelin 11-də Xətai rayonu, Orxan İsmayılov küçəsində ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə etinasızlıq nümayiş etdirilib.

Belə ki, Vətən müharibəsi şəhidləri - Əli Qasımov, Fərid Əsgərov və Orxan İsmayılovun xatirəsinə həsr olunan abidənin qarşısında yük maşını park olunub. Daha sonra isə əraziyə zibil boşaldılıb.

Görüntülərdə gecə 04:34 radələrində əraziyə gələn yük avtomobilinin dövlət qeydiyyat nişanı aydın oxunmadığından hadisənin kim tərəfindən edildiyi məlum deyil.

Qeyd edək ki, yük avtomobilinin əraziyə boşaltdığı zibili Dövlət Dəmir Yolları İdarəsinin əməkdaşları təmizləyiblər.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri