12 
Apr
2024
17:03
372
14
3814
Virtual karabakh

“Xocavənd əməliyyatı”nda şəhid olan kəşfiyyatçıların ailə üzvləri Xankəndiyə səfər ediblər - YENİLƏNİB + FOTO

12 Apr, 2024
17:03
3814

“Xocavənd əməliyyatı”nda şəhid olan kəşfiyyatçıların ailə üzvləri Xankəndiyə səfər ediblər - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xocavənd əməliyyatı”nda (1997-ci il) şəhid olan kəşfiyyatçıların ailə üzvləri işğaldan azad edilən Xankəndi şəhərinə səfər ediblər.

Bu barədə “Report”un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir.

Onlar şəhərdəki Zəfər Meydanında olublar.

14:02

“Xocavənd əməliyyatı”nda (1997-ci il) şəhid olan kəşfiyyatçıların ailə üzvləri Şuşaya səfər ediblər.

“Report” xəbər verir ki, onlar İsa bulağında və şəhərin digər yerlərində olublar.

Daha sonra isə şəhid ailələrinin Xankəndi şəhərinə səfəri nəzərdə tutulur.

Qeyd edək ki, 1997-ci ilin aprelində Azərbaycan Ordusunun iki kəşfiyyat qrupu o dövrdə işğalda olan Xocavənd istiqamətində düşmən arxasına keçərək döyüş tapşırığını şərəflə yerinə yetirib. Qruplardan birincisi itkisiz qayıdıb. Digər səkkiz nəfərdən ibarət qrup isə geri qayıdarkən mühasirəyə düşüb. Azərbaycan kəşfiyyatçıları təslim olmaq haqqında düşmənin tələblərini qəti rədd edib və ağır döyüş başlayıb. Az sayda qrup əsl qəhrəmanlıq nümayiş etdirib, güclü müqavimət göstərib.

Ağır döyüş əsnasında yaralanmış qrup üzvü çavuş Aqil Əhmədovun artıq öldürüldüyünü zənn edən digər yeddi nəfər sursatlarının bitdiyini görüb düşmən əlinə keçməmək üçün qrup şəklində bir yerə yığışaraq özlərini əl qumbarası ilə partladaraq şəhidliyə ucalıblar.

Onlar - qrupun komandiri leytenant Elxan Ağayev, qrup üzvləri - leytenant Vüqar Yarəhmədov, çavuşlar - Anar Rzayev, Dinar Mustafayev, Aqşin Həsənov, Nizami Ələkbərov, Fariz Cavadovdur.

Əməliyyat zamanı şəhid olmuş hərbçilərin nəşləri ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində altı aydan sonra geri alınıb. Onlar Bakıda İkinci Fəxri xiyabanda dəfn olunub və hər biri ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Ulu öndər huşsuz vəziyyətdə əsir düşmüş qrup üzvü, Ermənistanın barəsində ölüm hökmü çıxardığı çavuş Aqil Əhmədovu da ikiillik əsirlik həyatından xilas edib.

Qeyd edək ki, Xocavənd əməliyyatı 7 aprel 1997-ci ildə keçirilib.

10:12

“Xocavənd əməliyyatı”nda (1997-ci il) şəhid olan kəşfiyyatçıların ailə üzvlərinin Xocavənd rayonuna səfəri başlayıb.

Bu barədə “Report”un Xocavəndə ezam olunmuş əməkdaşı xəbər verib.

Onlar kəşfiyyatçıların şəhidlik zirvəsinə yüksəldiyi Xocavənd rayonundakı əraziyə gediblər.

Daha sonra isə şəhid ailələrinin Şuşa və Xankəndi şəhərlərinə səfəri nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri