15 
Apr
2024
23:08
11
120
1352
Virtual karabakh

Gəncə sakini itkin düşdü - FOTO

15 Apr, 2024
23:08
1352

Gəncə sakini itkin düşdü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Osman Vahid oğlu Həsənov itkin düşüb. 

Bu barədə “Qafqazinfo”ya onun yaxınları məlumat verib.

İlkin məlumata görə, adıçəkilən şəxs Beyləqan rayonundan Gəncəyə gedərkən Nizami Məqbərə Kompleksi yaxınlığında “Vito” markalı mikroavtobusdan düşüb və ondan xəbər alınmayıb.

Yaxınlarının sözlərinə görə, dünən bir müddət telefonuna zəng çatsa da, sonradan əlaqə yaratmaq mümkün olmayıb. Həsənovun üzərində cins şalvar, boz köynək, başında kepka olub.

Onu görənlərdən 055 764 90 51 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri