Sen
2015
16:10
62
20
2164
Virtual karabakh

“National Geographic Azərbaycan” – 1 il sizinlə!

1 Sen, 2015
16:10
2164

“National Geographic Azərbaycan” – 1 il sizinlə!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəmi 4 manata dünyaca məşhur dərgini əldə edə bilərsiniz.

Oxu.Az xəbər verir ki, jurnalın yubiley – sentyabr sayında qəribə həyat tərzi ilə hamının diqqətini cəlb edən buqələmunlar, papa Fransisin Vatikana gətirdiyi dəyişikliklər, Əfqanıstanın qədim arxeoloji sahəsi Mes-Aynakda aparılan qazıntı və mühafizə işləri barədə oxuya, uzunmüddətli iğtişaş və toqquşmalardan yorulmuş qədim Qahirə barədə həmyerlimiz Rəna Əfəndinin maraqlı fotojurnalını izləyə bilərsiniz.

Həmçinin, “Tədqiqat” rubrikasında artıq ənənə halını almış “yerli məqalələr” silsiləsində bu dəfə ceyranların yenidən bir zamanlar yaşadığı ərazilərə geri qaytarılması istiqamətində görülən tədbirlər, Azərbaycanın Göytəpə qədim yaşayış məskəninin qorunması üzrə aparılan işlər barədə oxuya bilərsiniz.

Peşəkar fotoqrafların jurnalı bəzəyən fotoşəkilləri hər zaman olduğu kimi, məqalələrdən zövq almaqda sizə yardımçı olacaq.

Xatırladaq ki, dünyaca məşhur “National Geographic” brendi Azərbaycana 2014-cü ilin mart ayında “Garant Media Holding”in təşəbbüsü ilə gətirildi və “National Geographic Azərbaycan” jurnalı ilk buraxılışını həmin il sentyabrın 1-də Heydər Əliyev Mərkəzində təntənəli şəkildə təqdim etdikdən sonra dərgi ölkənin bütün satış nöqtələrinə çıxarıldı.

Jurnalı istənilən satış nöqtəsindən ala bilməklə yanaşı, ona həm də abunə olmaq mümkündür.

Dərginin satış qiyməti 4 manat təşkil edir. Bu qiymətə Azərbaycanın istənilən nöqtəsinə çatdırılma da daxildir.

Jurnala 012 563 5625 (daxili nömrə 302) telefon nömrəsi ilə zəng edib abunə yazılmaq olar.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri