11 
Dek
2013
15:35
18
7
2011
Virtual karabakh

Eldar Sabiroğlu Silahlı Qüvvələrdən getdi

11 Dek, 2013
15:35
2011

Eldar Sabiroğlu Silahlı Qüvvələrdən getdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Təxminən yeddi ilə yaxın ordu həyatım mənim üçün bir məktəb oldu”.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu Silahlı Qüvvələrdən tərxis olunub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Eldar Sabiroğlu APA-nın sorğusuna cavabında müdafiə naziri Zakir Həsənovun müvafiq əmri ilə ordu sıralarından tərxis olunması barədə xəbəri təsdiqləyib.

Qeyd edək ki, bu ilin oktyabrında Eldar Sabiroğlu raportda müdafiə naziri, general-polkovnik Zakir Həsənovdan Silahlı Qüvvələrdən tərxis olunmasını xahiş edib və məzuniyyətə çıxıb. Məzuniyyəti başa çatan kimi o, ordu sıralarından tərxis edilib.

Eldar Sabiroğlu bunun normal hal olduğunu deyib: “Mən buna təbii baxıram. Təxminən yeddi ilə yaxın ordu həyatım mənim üçün bir məktəb oldu. Bu gün öz istəyimlə hörmətli müdafiə nazirinə raportla müraciət edərək Silahlı Qüvvələrdən tərxis olunmağım barədə sərəncam verməsini ondan xahiş etmişəm. Mən özümü vətənimin, ulu öndər Heydər Əliyevin və Ali Baş Komandanım, cənab İlham Əliyevin əsgəri hesab edir və bundan fəxr duyuram. Müdafiə Nazirliyinin fəaliyyətinə də uğurlar arzulayıram”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri