Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Həccdə ölən azərbaycanlıların ailələrinə kompensasiya ödəniləcək
Builki Həcc ziyarəti zamanı vəfat edən azərbaycanlı zəvvarların ailələrinə kompensasiya ödəniləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.
QMİ-dən bildirilib ki, dünyasını dəyişən zəvvarların hər birinin ailəsinə 6 min manat məbləğində kompensasiya ödəniləcək:
“Nəzərdə tutulan kompensasiya yaxın günlərdə mərhumların ailələrinə veriləcək”.
Qeyd edək ki, builki Həcc ziyarəti zamanı azərbaycanlı zəvvarlar - 60 yaşlı Fəxrəddin Zeynalov, 57 yaşlı Kəklik Aslanova və 79 yaşlı Əzizağa Şirinov dünyasını dəyişib.
E.Ə.
www.oxu.az
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər