23 
Fev
2017
17:36
65
70
2543
Virtual karabakh

“Formula 1”: “Mercedes AMG” yeni bolidini təqdim etdi – FOTO

23 Fev, 2017
17:36
2543

“Formula 1”: “Mercedes AMG” yeni bolidini təqdim etdi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 23-də Silverstounda (Britaniya) “Mercedes AMG” yeni W08 avtomobilini təqdim etdi.

Oxu.Az xəbər verir ki, təqdimatda Almaniyanın pilotları Lyuis Hemilton və Valtteri Bottas, eləcə də komandanın icraçı direktoru Toto Volff iştirak ediblər.

 Rəsmi mərasimə qədər Hemilton nəm trasda bir neçə dövrə vurub. Daha sonra Toto Volff, Lyuis Hemilton və Valtteri Bottas avtomobili azarkeşlərə təqdim ediblər. 

Fevralın 27-də Barselonada mövsüm öncəsi sınaq çıxışlarının ilk seriyası start götürəcək. Bu mərhələ martın 2-nə qədər davam edəcək. Sınaqların ikinci seriyası 7-10 mart tarixlərində baş tutacaq.

“Formula 1”-in yeni mövsümü Avstraliyada start götürəcək.  

Texniki göstəricilər

Şassi: karboliflərdən və kompozit materialdandır.

Təkərlər: korpus karboliflərdən və kompozit materialdandır.

Transmissiya: səkkizpilləli, karbon korpusludur.

Əyləc sistemi: karbon disklər və Carbone Industrie şirkətinin istehsalı olan astarlar.

Ölçülər və çəki 

Uzunluq: 5000 mm-dən çox. Hündürlük: 950 mm. En: 2000 mm

Çəki: idmançı, kamera və ballastlarla birgə 728 kq 

İşləmə həcmi: 1,6 litr

Şin: Pirelli

Elvin Əhmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri