İyn
2014
18:40
47
15
2362
Virtual karabakh

Qubada yerləşən Milli Qolf Klubu turnirə hazırlaşır – FOTOREPORTAJ

6 İyn, 2014
18:40
2362

Qubada yerləşən Milli Qolf Klubu turnirə hazırlaşır – FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İştirakçıların əksəriyyəti artıq Qubadadır və məşq edir.

Öncə də xəbər verdiyimiz kimi, Azərbaycanda ilk dəfə Ümummilli lider Heydər Əliyev adına qolf üzrə Milli turnir keçiriləcək. Turnir Qubada yerləşən 18 dəlikli “Mixed Stroke Play” formatlı sahəsi olan Milli Qolf Klubda keçiriləcək. Turnirdə müxtəlif “handicap” göstəricili həvəskar qolfçular iştirak edəcək.

Bu gün Milli Qolf Klubda bu vacib hadisəyə ən son hazırlıqlar gedir. İştirakçıların əksəriyyəti artıq Qubadadır və məşq edir. İştirakçıların arasında yerli həvəskar qolfçularla yanaşı, Avstraliya, Böyük Britaniya, Türkiyə, Gürcüstan və s. xarici ölkələrin də nümayəndələri var. Azərbaycandan iştirakçılar o qədər də çox deyil –  cəmi 10%.

İştirakçılardan birinin sözlərinə görə, turnir maraqlı və sürprizlərlə dolu olacaq. Əsas priz isə “BMW X1” markalı avtomobildir, bu isə qolfçuları daha da həvəsləndirir.

Qonaqlar 92 hektar ərazisi olan Milli Qolf Klubu ilə yanaşı, turnirin təşkilat işinə də heyran qaldıqlarını gizlətməyiblər. Burada yaradılan şərait dünya standartlarına tam cavab verir. Kafe, mağaza, rahat geyinmə otaqları qonaqların və turnir iştirakçılarının xidmətindədir.

Bundan başqa, Milli Qolf Klubu ölkəmizin əsrarəngiz təbiəti olan bir guşəsində yerləşir və landşafta ideal şəkildə uyğunlaşdırılıb.

Oxu.Az oxucularına fotoreportajı təqdim edir.

Aliyə İsmayılzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri