19 
Dek
2018
10:19
282
42
5573
Virtual karabakh

Reynaldonun “Qarabağ”a qayıdışı rəsmiləşdi

19 Dek, 2018
10:19
5573

Reynaldonun “Qarabağ”a qayıdışı rəsmiləşdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün “Qarabağ” 2019-cu il öncəsi ilk transferini reallaşdırıb. 

Oxu.Az xəbər verir ki, 2013-2016-cı illərdə bu komandada 87 oyunda 43 qolla yadda qalmış braziliyalı forvard Reynaldo Silvanın yenidən “Qarabağ”a qayıdışı rəsmiləşib. 

Futbolçu ilə 2,5 illik müqavilə imzalanıb. Reynaldo “Qarabağ”a qayıdışı haqda öz fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib:

“Evimə gəldiyim üçün xoşbəxtəm. Karyeramın ən gözəl anlarını burada keçirmişəm. Səbirsizliklə “Qarabağ” forması ilə yenidən meydana çıxmağımı gözləyirəm. Yaxşı formada olmaq üçün əlimdən gələni edəcəyəm. Klub rəhbərliyi, məşqçilər heyəti, azarkeşlər, “Qarabağ” camiəsi mənim üçün çox doğmadır. Komandaya fayda verməyə və “Qarabağ”la yeni uğurlar qazanmağa gəlmişəm”.

Qeyd edək ki, Reynaldo Silva “Qarabağ”a qədər Qazaxıstanın “Aktobe” klubunda çıxış edirdi.

Səbuhi MUSAYEV
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri