11 
Yan
2019
17:23
26
91
5599
Virtual karabakh

U-21 millimizin baş məşqçisi postu rəsmiləşdi

11 Yan, 2019
17:23
5599

U-21 millimizin baş məşqçisi postu rəsmiləşdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA-nın Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun olaraq, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi postuna təyinat rəsmiləşib.

Oxu.Az xəbər verir ki, bu vəzifə serbiyalı Milan Obradoviçə həvalə olunub.

41 yaşlı məşqçi əvvəl ölkəsinin “Napredak”, Sloveniyanın “Zavrç” klublarında köməkçi məşqçi işləyib. O, Sloveniyanın “Koper” klubunda, Serbiyanın U-19, U-20 və U-17 millilərində baş məşqçi də olub. Onun son iş yeri Serbiya millisi olub. Milan Obradoviç dünya çempionatında Serbiya millisində köməkçi məşqçi işləyib.

Qeyd edək ki, əvvəl U-21 millimizin baş məşqçisi Rəşad Sadıqov olub. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri