Fev
2019
14:25
56
15
2217
Virtual karabakh

Azərbaycanlı məşqçi bir illik futboldan kənarlaşdırıldı - FOTO

6 Fev, 2019
14:25
2217

Azərbaycanlı məşqçi bir illik futboldan kənarlaşdırıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Oxu.Az xəbər verir ki, Premyer Liqanın XV turunun “Zirə” – “Sabah” matçında hər iki klubun dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunub. 

Bundan başqa, “Sabah”dan Məqsəd İsayev və “Zirə”dən Vüqar Mustafayev qırmızı vərəqə aldıqları üçün müvafiq olaraq bir və iki oyunluq cəzalandırılıb. Klublar isə müvafiq olaraq 200 və 1600 manat cərimə olunub. Həmçinin bu klublar matçın protokolunu vaxtında təqdim etmədiklərinə görə 800 manat əlavə cərimə ödəməli olacaq.

“Qəbələ” – “Sumqayıt” matçında hakimlər otağında lazımı inventarlar olmadığına görə meydan sahibi cəzalandırılıb. Qəbələ klubu buna görə 1600 manat cərimələnib.

Turun mərkəzi qarşılaşması olan “Qarabağ” – “Neftçi” matçı da cəzalardan yan qaçmayıb. “Neftçi”dən Anton Krivotsyuk və “Qarabağ”dan Qara Qarayev meydandan qovulduqları üçün bir oyunluq cəzalanıb, onların oynadıqları klublar 200 manat cərimə olunub.

Oyunun 10-cu dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə ödəyəcək. Oyundan əvvəl “Qarabağ”ın məşqçisi Mario Dobromirov hakimlər otağına icazəsiz daxil olduğuna görə klub 1600 manat cərimə olunub.

Region Liqasının “Araz” (Saatlı) – “Füzuli” matçının fasiləsi zamanı qonaq komandanın inzibatçısı Ramil Məmmədov hakimi təhqir etdiyinə görə beş oyun cəzalanıb.

U-15 Liqasının “Xilə” – “Keşlə” matçı başa çatdıqdan sonra meydan sahibi komandanın məşqçisi Əsəd Kərimov hakimlər briqadasının otağına daxil olaraq onları təhqir edib, fiziki təzyiq göstərdiyinə görə 12 ay müddətinə cəzalanıb.



Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri