17 
Okt
2014
18:15
96
43
4173
Virtual karabakh

Berti Foqts: Bu komanda irəli gedə bilməz

17 Okt, 2014
18:15
4173

Berti Foqts: Bu komanda irəli gedə bilməz

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Futbolçularla bağlı problem var...”.

Gördüm ki, Azərbaycan komandası irəli gedə bilməz, ona görə də istefa verdim. Hər şeyi baş məşqçi etməməlidir. Günahkar həm də futbolçulardır. 

Oxu.Az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi vəzifəsindən istefa verən Berti Foqts Almaniya mətbuatına açıqlamasında deyib.

Berti Foqts müsahibəsində AFFA prezidenti Rövnəq Abdullayev haqda xoş sözlər deyib: “O, mənim istefama görə çox məyus oldu, çox heyfsilənirəm. Rövnəq Abdullayev yaxşı insandır”.

Apasport.az-ın məlumatına görə, 67 yaşlı mütəxəssis Azərbaycan yığmasından ayrılma səbəblərini açıqlayıb: “Futbol oynamaq üçün daim hazır olmalısan. Mən artıq özümü orada görmürdüm. Ona görə də istefa verdim. Yenə də deyirəm ki, Azərbaycan klublarında futbolçularla bağlı problemlər var. Çempionatda oynayan komandalardan oyunçulara intensiv məşqlər keçirilmir. Amma Azərbaycan millisi ilə uğur qazana bildim. Onları reytinq siyahısında 147-ci pillədən 73-cü yerə qədər gətirdim”.

Almaniyalı futbol mütəxəssisi əlavə edib ki, Avro-2016-nın hələ İtaliyaya qarşı keçirilən oyunundan (1:2) sonra millinin futbolçuları öz işlərinə peşəkar münasibət göstərməyiblər, nəticədə komanda Xorvatiyaya ağır hesabla (0:6) uduzub.

“Əgər bir komanda bu qədər işdən sonra da mübarizə aparmağa hazır deyilsə, daha orada çalışmağın mənası yoxdur. Mən federasiyanın prezidentinə də dedim ki, daha belə şərtlərlə işləməyin mənası yoxdur”, - deyə Berti Foqts bildirib.
 
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri