20 
Fev
2015
20:28
222
16
8646
Virtual karabakh

Yunan-Roma güləşi üzrə yığmamız ilk dəfə Dünya Kubokunun qalibi oldu - VİDEO

Həlledici görüşdə güləşçilərimiz Rusiya yığmasına qalib gəlib.

Azərbaycanın yunan-Roma güləşi üzrə yığması İranın paytaxtı Tehran şəhərində böyüklər arasında keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokunun qalibi olub. 

Oxu.Az-ın Azərbaycan Güləş Federasiyasına istinadən verdiyi məlumata görə, Azərbaycan güləşçiləri fevralın 20-də finalda digər qrupun birincisi olmuş Rusiya yığması ilə qarşılaşıb. Gərgin keçən görüş 4:4 hesablı bərabərliklə tamamlanıb. Ancaq xalların keyfiyyətinə görə 18:17 hesabı ilə komandamızın xeyrinə başa çatıb. Bu nəticə ilə Azərbaycan yunan-Roma güləşçiləri tarixində ilk dəfə Dünya Kubokunun sahibi olub.

AZƏRBAYCAN-Rusiya 4*:4 (18:17)

59 kq - Elman Muxtarov - Z.Kabaloyev 2:3

66 kq - Həsən Əliyev - A.Surkov 5:1

71 kq - Rəsul Çunayev - Çingiz Labazanov 2:0

75 kq - Elvin Mürsəliyev - Roman Vlasov 0:8

80 kq - Rafiq Hüseynov - E.Saleyev 2:1

85 kq - İslam Abbasov - Davit Çakvetadze 5:0 (təmiz qələbə)

98 kq - Orxan Nuriyev - Nikita Melnikov 0:5

130 kq - Sabah Şəriəti - S.Semyonov 1:2

Qeyd edək ki, yarışda Azərbaycanla yanaşı, İran, İsveç, Almaniya, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan güləşçiləri də iştirak edib. Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, İsveç və Almaniya komandaları ilə A qrupunda mübarizə aparıb. B qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan komandaları qüvvələrini sınayıb. İlk olaraq yerli İran idmançıları ilə qarşılaşan güləşçilərimiz gərgin keçən görüşü 6:2 hesablı qələbə ilə başa vurub. Ardınca Almaniya və İsveç komandalarını 7:1 məğlub edən yığmamız qrup görüşlərini lider tamamlayıb. Bu nəticə ilə Azərbaycanın yunan-Roma güləşi yığması Dünya Kubokunun finalına vəsiqə qazanıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri