20 
İyn
2015
22:25
233
30
7443
Virtual karabakh

Səfirlik: Bakıda yaralanan avstriyalı idmançı vəfat etməyib

20 İyn, 2015
22:25
7443

Səfirlik: Bakıda yaralanan avstriyalı idmançı vəfat etməyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yayılan xəbərlər təkzib olundu.

İyunun 11-də Bakıdakı Avropa Oyunlarının Atletlər Kəndindəki qəza nəticəsində yaralanmış avstriyalı idmanı Vanessa Sahinoviçin vəfat etməsi haqda yayılan xəbərlər yalandır. 

Oxu.Az xəbər verir ki, bunu APA-ya Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov bildirib.

“Mən dünən də, bu gün də xəstəxanada olmuşam və onun həkimləri ilə danışmışam. V.Sahinoviçin vəziyyəti sabitdir və səhhətində heç bir dəyişiklik yoxdur. Bəzi mətbuat orqanlarının bu xəbəri haradan aldığını bilmirəm, amma bu əsassız və yalan xəbərdir” – deyə səfir qeyd edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri