29 
İyn
2015
20:24
120
25
16149
Virtual karabakh

Çempionlar Liqasının 2016/17 mövsümünün finalı bu stadionda keçiriləcək

29 İyn, 2015
20:24
16149

Çempionlar Liqasının 2016/17 mövsümünün finalı bu stadionda keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qərar qəbul edilib.

Çempionlar Liqasının 2016/17 mövsümünün final oyunu Uelsin paytaxtı Kardiff şəhərində “Millenium” stadionunda keçiriləcək.

Oxu.Az “R-Sport”a istinadən xəbər verir ki, bu barədə qərar bu gün Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsi tərəfindən qəbul edilib.

Xatırladaq ki, 2014-cü ilin yayında bu stadionda İspaniyanın “Real” və “Sevilya” klubları arasında UEFA Super Kuboku oyunu keçirilmişdir.

Qərarla həmçinin UEFA Super Kubokunun və Avropa Liqasının final oyununun keçiriləcək yerlər müəyyənləşib. Super Kubok uğrunda oyun Makedoniyanın paytaxtı Skopyedə, Avropa Liqasının finalı isə İsveçin paytaxtı Stokholmda keçiriləcək. 

Qey edək ki, Çempionlar Liqasının 2015/16 mövsümünün finalı Milanda “San-Siro” stadionunda keçiriləcək. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri