Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İlham Zəkiyev Fəxri Fərman ilə təltif edildi
01 iyul 2015-ci il tarixində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin “Bakı-2015” Avropa Oyunlarının yekunlarına həsrolunmuş iclası keçirilmişdir.
Azərbaycan Milli Paralimpiya Komitəsindən Oxu.Az-a verilən məlumata görə, ARMPK-nin prezidenti İlqar Rəhimov iclası acaraq qeyd etdi ki, “Bakı-2015” Avropa Oyunlarının yüksək səviyyədə keçirilərək ugurla başa catması ölkəmızın qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Azərbaycan idmançıları yüksək nəticələr əldə edərək, 50 ölkə arasında ikinci yerə cixmaqla Azərbaycanda digər sahələrdə oldugu kimi idmanın da sürətlə inkişaf etdiyini sübut etdilər.
Daha sonra I “Bakı-2015” Avropa Oyunlarının çempionu İlham Zəkiyev, ikinci yerin qalibi Səbinə Abdullayeva, bürünc medal qazanmış Zakir Mislimov və onların məşqçiləri çıxış edərək öz təsuratlarını bölüşməklə yanaşı, belə bir möhtəşəm tədbirin Bakıda kecirildiyinə görə ölkə başcısı cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya öz dərin təşəkkürlərini bildirdilər.
İclasın sonunda Azərbaycan Respublikası Paralimpiya Hərəkatının inkişafında göstətdiyi xidmətlərinə görə idmançı Zəkiyev İlham Əzizağa oğlu Milli Paralimpiya Komitəsinin “Paralimpiya Medalı ilə, “Bakı-2015” I Avropa Oyunlarında yüksək nailiyyətlərinə görə idmançı Abdullayeva Səbinə Xanlar qızı, idmançı Mislimov Zakir Qafur oğlu, baş məşqçi İbrahimov İbrahim Eldar oğlu, şəxsi məşqçilər Rəcəbli Elxan Əhməddin oğlu, Əliyev Yangibar Eldar oğlu və Baratov Pərviz Qədəş oğlu Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Fəxri Fərmanı ilə təltif edildilər.
Qeyd edək ki, Avropada ilk dəfə kecirilən “Bakı 2015” I Avropa Oyunlarında keçirilən yarışlarda cüdo idman növü üzrə 2 çəkidə 10 ölkədən 16 nəfər paralimpiyaçı iştirak etmişdir. Azərbaycan Milli Paralimpiya Komitəsinin 3 idmançı, İlham Zəkiyev, Zakir Mislimov və Səbinə Abdullayeva da həmin yarışlara qatılmışlar. Nəticə olaraq, Milli Paralimpiya Komitəsinin idmançıları oyunlarda 3 medal qazanmışlar.
Umimiyyətlə oyunlarda 20 idman növü üzrə yarışlar keçirilmiş, azərbaycanlı idmançılar 6 idman növü üzrə qızıl medal qazanmışlar ki, bunlardan biri də paralimpiya cüdosudur.
E.Ə.
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- Ermənistanın ədliyyə naziri: "Yeni konstitusiyanın mətni 2026-cı il seçkisinə qədər hazır olmalıdır"
- Azərbayanda yeni idarəçilik modeli: "Məqsəd şəffaflığı və səmərəliliyi artırmaqdır"
- İki nəhəngin çəkişməsi, 47-ci prezident və Bakının manevrləri - Yeni dünya nizamı necə olacaq?
- İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişir? - "Tehranın yanaşması ifşa olunmalıdır"
- Azərbaycanın etirazına İrandan reaksiyalar
Rəylər