29 
Mar
2024
19:04
96
5
869
Virtual karabakh

Bakıdakı Olimpiya Təsnifat turnirinə 33 ölkədən güləşçilər qatılacaqlar - VİDEO

29 Mar, 2024
19:04
869

Bakıdakı Olimpiya Təsnifat turnirinə 33 ölkədən güləşçilər qatılacaqlar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 5-dən 7-dək Milli Gimnastika Arenasında keçiriləcək güləş üzrə Olimpiya Təsnifat turnirində 33 ölkənin idmançıları iştirak edəcəklər.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

İştirakçı sayına görə yunan-Roma güləşi üstünlük təşkil edir. 117 idmançı yarışın ilk günündə güləşin klassik növündə mübarizə aparacaq.

Aprelin altısında qadın güləşi üzrə 83 idmançı lisenziya sahiblərini müəyyənləşdirəcək. Son yarış günündə isə 97 sərbəst güləşçi xalça üzərinə çıxacaq. Ümumilikdə Bakıda 297 güləşçi olimpiadaya vəsiqə uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, Avropa Olimpiya Təsnifat turnirində hər çəkidə iki güləşçi Paris-2024-ə vəsiqə qazanacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri