27 
Fev
2017
17:43
38
165
12582
Virtual karabakh

Azərbaycanda “Jumeirah”ya kim sahib çıxdı?

27 Fev, 2017
17:43
12582

Azərbaycanda “Jumeirah”ya kim sahib çıxdı?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bilgah Beach Hotel”ə kimin sahiblik edəcəyi məlum olub. 

Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, hotelin idarəetməsi “Absheron Hotel Group” şirkətinə verilib. Hotel aprel ayında işə düşəcək. 

Xatırladaq ki, Bakıda 2012-ci ildən fəaliyyət göstərən “Bilgah Beach Hotel” Xəzər dənizinin sahilində, 300 metr uzunluqda özəl çimərlik xəttinə malik müasir kompleksdir. 

Kompleksə müxtəlif kateqoriyalara məxsus 176 otaq, eləcə də 14 şəxsi kottec daxildir. Hotel 2016-cı ilədək “Jumeirah” brendi altında fəaliyyət göstərib.

Qeyd edək ki, hotel “Marriott” brendinin xüsusi portfeli sayılan eksklüziv hotel və kurortların cəmləndiyi “Autograph Collection”ın rəsmi üzvü olacaq. Bu, qrupun Azərbaycanda istifadəyə verdiyi beşinci hotelidir. 

U.A.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri